Texniki baxış keçməmiş maşın sürməyin cəriməsi nə qədərdir?
Texniki baxış nəqliyyat vasitələrinin yol hərəkəti təhlükəsizliyinə və ekoloji tələblərə uyğunluğunu təmin etmək üçün vacibdir.
Qlobal.net bildirir ki, Azərbaycan qanunvericiliyinə görə, avtomobillər istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə;
istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxışdan keçirilməlidir.
Lakin texniki baxışı vaxtında keçirməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş cərimə ilə üzləşə bilərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən, texniki baxışdan keçmədən avtomobili idarə edən şəxslər
50 manat məbləğində cərimə olunur. Bu səbəbdən texniki baxışı vaxtında keçmək həm təhlükəsizlik, həm də əlavə maliyyə xərclərindən yayınmaq üçün vacibdir.
Murad
Qlobal.net