650aa8463a0c8202309230734
Terrorçu rejim təslim olmağa razılıq verdi

Xankəndidəki terrorçu rejimin rəhbəri Samvel Şahramanyan Azərbaycanın şərtlərini qismən qəbul etməyə hazır olduğunu bildirib.

Cebhe.info-nun məlumatına görə, bu barədə cinayətkar rejimə yaxın “Telegram” kanalları xəbər yayıb. Samvel Şahramanyan bu barədə “Təhlükəsilik Şurası”nın iclasında açıqlama verib. Toplantıda separatçı rejimin keçmiş rəhbərləri Araik Arutyunyan, Arkadi Qukasyan və Bako Saakyan da iştirak edib. Şahramanyan beynəlxalq ictimaiyyəti passivlikdə qınayaraq bəyan edib ki, əhalinin fiziki təhlükəsizliyinin təmin etmək məqsədilə Azərbaycanın irəli sürdüyü şərtlər əsasında “danışıqlar masası”na oturmağa hazırdır.

Qeyd edək ki, rəsmi Bakı erməni icmasının nümayəndələri ilə Yevlax şəhərində dialoq keçirməyə hazır olduğunu bildirib. Lakin bu təmasın baş tutması üçün qondarma rejim özünü buraxaraq təslim olmalı və qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır.

20.09.2023 12:06
show 645