65c5a5cc3b534202402241052
Termometrlərlə bağlı xəbərdarlıq edildi - TƏHLÜKƏLİDİR!

Bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Elektron termometrlərlə müqayisədə civəli olanların daha dəqiq ölçdüyü iddia edilir. Hazırda isə elektron termometrlərdən istifadə geniş yayılıb. Xüsusən gənc nəsil elektron hərarət ölçənlərə üstünlük verir. Bəs, insan sağlamlığı üçün hansı termometrlər daha təhlükəli hesab edilir?

Qlobal.net xəbər verir ki, bu barədə News24.az-a danışan professor Adil Qeybulla bildirdi ki, istifadə qaydalarına düzgün riayət etdikdə təhlükəli hallarla qarşılaşmamaq olar:

“Elektron avadanlıqların ölçməsi bir çox faktorlardan asılıdır. Onlardan dəqiq və düzgün istifadə edilməlidir. Elektron avadanlıqlar toxunuşlarla idarə edilən aparatlardır. Həssaslığı civəli hərarət ölçənlərlə müqayisədə daha çoxdur. Bu səbəbdən də ondan düzgün istifadə mühümdür. Civəli termometrlər daha dəqiq ölçürlər. Amma civəli termometrin özü də gərək düzgün istifadə edilsin. Həmin termometri paltarlı olaraq qoltuq altına qoyduqda əlavə istilik verə bilər. Qolun altı quru, qızdırmalı şəxs də paltarsız olmalıdır. Bu həm elektron, həm də civəli termometr üçün keçərlidir. İstənilən avadanlığın istismar qaydası var. İstismar qaydalarına düzgün riayət edən şəxslər heç bir şəkildə problemlə qarşılaşmayacaq”.

09.02.2024 08:10
3818