661122629f6b6202404242226
"Tərbiyəsizləri, şərəfsizləri təbliğ edib..."

"Neçə vaxtdır düşünürəm ki, cəmiyyətimiz niyə belə zövqsüzləşdi? Necə oldu ki, çox sürətlə komplekslərlə dolu insanların sayı artdı?".

Qlobal.net teleqraf.com-a istinadən bildirir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri qeyd edib.

"İnsanlar özlərindən daha ağıllı insanlara həsəd aparmaq yerinə, onları təhqir etməyi tərcih etdi. Özlərindən daha gözəl və zövqlü olanlara nifrət etməyə başladı.

Səbəbini tapmaq istəyirəm. Bu sualların içində itirəm. Zövqsüzləri təbliğ edib, onların fonunda daha yaxşı görünəcəklər deyəmi? Tərbiyəsizləri, şərəfsizləri təbliğ edərək özləri daha ləyaqətli görünəcəklərmi?
Pisləri tənqid edə-edə, yaxşıları görməzdən gəlməklə nə əldə edilir, axı? Niyə maraqlı insanların müsahibələri yalnız "yutub" kanalındadır, efirdə yox?

Niyə beş manatlıq mahnılar trend olur, kim edir bunu? Nə məqsədlə olunur bunlar? Niyə bizdə "Kırmızı oda" səviyyəsində seriallar çəkilmir?", - deyə sənətçi etirazını bildirib.

06.04.2024 14:20
show 196