65aa132de3e20202401241405
Təranənin məhkəmədən görüntüləri yayıldı - Tanınmaz haldadır - VİDEO

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun məhkəmə zalından görüntüləri yayılıb. Təranə Səmədova həbsdə olarkən dəhşətli dərəcədə arıqlayıb. 

Qeyd edə ki, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən prodüser Təranə Səmədova və Rahim Həsənovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Qlobal.net Day.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti məhkəmə prosesi yanvarın 25-də keçiriləcək. 

Təranə Səmədovanın məhkəmədən yayılan görüntüləri təqdim edir: 

19.01.2024 10:13
3204