Təranənin hədə-qorxu gəldiyi şəxs görün kimdir
Ötən gün həbs edilən tanınmış prodüser Təranə Səmədovanın cinayət əməli ilə bağlı bir sıra detallar məlum olub.
DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo”nun
sorğusuna cavab olaraq bildirib ki, T.Səmədova musiqiçinin şikayəti
əsasında həbs edilib: "İş üzrə bir nəfər musiqiçi zərərçəkmiş qismində
tanınıb.
Təranə Səmədovanın digər cinayət əməllərinin olması da istisna
edilmir. Onun əməllərindən zərəçəkən başqa şəxslər varsa, Xətai Rayon
Polis İdarəsinə müraciət etmələri tövsiyə olunur”.
Məlumata görə, Təranə Səmədova adı açıqlanmayan zərərçəkmişdən hədə-qorxu ilə ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul alıb.
Prodüser barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan cinayət işinin istintaqı davam etdirilir.
Xatırladaq ki, T.Səmədovanın əri Rasim Həsənov da bir müddət öncə hədə-qorxu ilə pul tələb etdiyinə görə saxlanılmışdı.