Təranə Səmədovanın qızı: "Nənəm öləndən sonra anam başını itirdi" - VİDEO
"25 iyul 2021-ci il tarixinə qədər nənəm
uşaqlıqdan hər zaman yanımda olub. O rəhmətə gedəndən sonra sanki
həyatımdan bir parça getdi. Hər zaman nənəmlə birlikdə qalmışam. Anam
gəlib-gedirdi yanımıza. Nənəmlə yaşamışam. Ən çox nənəmi məktəbə gedən
illərdə xatırlayıram. Dərslərimə kömək edirdi. Məni məktəbə nənəm
aparıb, gətirirdi. Yanımda olurdu. Çox darıxıram nənəm üçün. Anam da
bilirdi ki, nənəmi ondan daha çox istəyirdim. Çünki gözümü açandan
nənəmi görmüşdüm".
Qlobal.net bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri
hazırda həbsdə olan prodüser Təranə Səmədovanın böyük qızı Adel
"Günaydın, Azərbaycan!" səhər şousunda müsahibəsində deyib.
2 il əvvəl nənəsi İradə Səmədovanı itirən qızcığaz onunla bağlı
xatirələrini dilə gətirib: "Mənim üçün nənəmi itirmək çox ağır oldu.
Nənəm sağ olsaydı, o qoymazdı nə bizim (özü ilə bacısı Adeli nəzərdə
tutur - red), nə də ki anamın başına belə hadisələr gəlsin. Nənəm anamın
başında bir dilək idi. Nənəm rəhmətə gedəndən sonra anam özünü itirdi.
Bir dəfə nənəm yuxuma girdi, dedi ki, görürsən mən sənə demişdim belə
olacaq. Nənəm mənimlə dalaşandan sonra deyirdi ki, öləndən sonra qədrimi
biləcəksən. Bir dəfə yuxuma gəlmişdi. O çox pis kədərlənmişdi. Söylədi
ki, mən sənə demişdim axı ölsəm sən belə olacaqsan. O bilirdi ki, hər
şeyin axırı elə məhz belə olacaq. Nənəm məni hamıdan qoruyurdu. Hər
zaman məni gözünün üstündə saxlayırdı. Nənəmin mənə son sözü "özünə
yaxşı bax" oldu. O elə bu sözlərdən sonra 5-10 dəqiqə keçdi və dünyasını
dəyişdi. Bacım Adel nənəmi görməyib. Kaş o da nənə sevgisini
görərdi..."
Təranənin qızı bacısı Adeldən də söz açıb. Suel bildirib ki,
anaları yanlarında olsa da, bacısına ana əvəzi olub: "Adelə mən analıq
etmişəm. Baxmayaraq ki, anamız Təranə yanımızda olub. Amma bacıma mən
baxmışam. Ona görə də, o anamdan çox məni və mənim qoxumu tanıyır. Ad
günümdə getdim bacımla görüşə (Hazırda Suelin bacısı Adel sığınacaqda
qalır - red.). Adel artıq böyüyüb. O ilk addımlarını atır. Adel ilk dəfə
məni görəndə tanımadı. Sonra isə tanıdıqda məni buraxmadı. Gedəndən
sonra arxamca çox ağlayıb".
Müsahibəsinin sonunda Suel anası Təranə Səmədovanı etdiyi səhvlərə
görə, bağışlaya bilmədiyini dilə gətirib: Təbii ki, Təranə mənim
anamdır. Onu atmaram. Amma onun etdiyi səhvlərə görə, onu bağışlamaq çox
çətindir".
Xatırladaq ki, Suel "Səni axtarıram" ictimai-sosial verilişinə
çıxaraq anası prodüser Təranə Səmədovadan imtina etdiyini və adiyyatı
dövlət qurumlarından anasının əlindən qəyyumluğu alınmasını müğənni
Rəqsanə İsmayılovaya verilməsini istəyib.
Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci
(hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il
müddətinə azadlıqdan məhrum edilmişdi.
2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz
olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı. Məhkəmə T.
Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi.
Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı.
Hazırda Suel müğənni Rəqsanə İsmayılovanın bacısı Adel isə Azərbaycan
Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır.