Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə
Səmədova və onun tanışı Rasim Həsənovun məhkəmədən görüntüləri yayılıb.
Pravda.az-ın xəbərinə görə, görüntülər İN Media youtube kanalında paylaşılıb.
Qeyd edilib ki, hər iki şəxsin cinayət işi hazırda Bakı Ağır Cinayətlər
Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılır.
Xatırlatma: İstintaq materiallarında qeyd olunub ki, Təranə
ilə Rasim qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul
tələb ediblər.
Aparılan istintaq zamanı müəyyən olunub ki, Təranə
Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasimlə birgə ad və soyadı
şərti olan Altay Səfirovun fotoşəkillərini əldə edib.
Daha sonra
həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı
məhəllədə yaymaqla, o cümlədən instaqram və digər sosial şəbəkələrində
yerləşdirməklə kişini hədələyiblər. Bu yolla onlar Altaydan 3 min manat
tələb ediblər.
Beləliklə, ötən ilin noyabrında Təranə ilə Rasim
zərərçəkmişdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu
ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, onlar təkrarən
Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000
manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.
Təranə Səmədova ilə Rasim Həsənov barəsində Cinayət Məcəlləsinin
182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup
şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb,
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.