təranə
Təranə Qumral böyük ziyafətə hazırlaşır

Müğənni Təranə Qumral böyük ziyafətə hazırlaşır.

Lent.az-a açıqlama verən müğənni bildirib ki, hazırda Qubadakı bağ evlərində gərgin iş gedir:

“Musa müəllim (Təranə xanımın həyat yoldaşı Musa Musayev) ustaların başında dayanıb, tələsdirir. 10 günə işlər bitsin, böyük bir ziyafət edəcəyik. Qızımız Sevgim ali məktəbə qəbul olunub. Bu xoş günü dostlarımızla qeyd edəcəyik”.

Müğənni bildirib ki, hazırda nəvəsi də ali məktəbə hazırlaşır.

Qeyd edək ki, müğənninin qızı Sevgim Musiqi Akademiyasına qəbul olub.

07.08.2024 14:31
show 320