Tərana həbsxanadan məktub göndərdi: "Qızlarımın ...."
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Səni
axtarıram” verilişinə zəng edərək hazırda həbsxanada olan prodüser
Təranə Səmədovanın ona göndərdiyi məktubdan danışıb.
Qlobal.net xəbər verir ki, Kəmalə Ağazadə Təranənin hər iki övladının sığınacağa verilməsini istədiyini deyib: "Penitensiar xidmətin əməkdaşı bizə Təranənin yazdığı məktubun bir
nüsxəsini çatdırıb. Orada Təranə uşaqlarının sığınacaqda qalmasını
istəyir. Dəfərlərlə dedim ki, ananın məhkəmə prosesi gedən ərəfədə uşaq
sığınacağa verilsin. Hazırda da Təranə belə bir müraciət edib. O, dünən
mənimlə telefonla danışıb. Təranə söylədi ki, istəyirəm məhkəmənin
qərarı olana və mən həbsdən çıxana qədər uşaq sizin sığınacaqda qalsın.
Hər zaman uşaqların müdafiəsini öndə qoyub, mənafeyini düşünmüşəm.
Heç kim deyə bilməz ki, o uşaqla hansısa psixoloq qrupu kənarda işləyib
və onunla iş aparıb. Bunların heç biri həyata keçirilmədiyi halda
hamımızda da bir fikir yarana bilər ki, bəlkə elə uşağın yaşadığı o
depressiyaların səbəbindən bir qorxusu, narahatlığı var. Ona görə
anasından imtina etdiyini söyləyir. Yaxşı olar ki, Suel ilə uzun
müddətli psixoloqlar işlər aparsın. Uşağın psixoloji konsultasiyaya
ehtiyac var".