66899968a1b82202407242216
Təmizlik süngərləri ilə bağlı xəbərdarlıq - Zəhər saçır

Ev şəraitində hamımızın istifadə etdiyi süngərlər təhlükə saçır.

Qlobal.net Medicina.az-a istinadən xəbər verir ki, “Environmental Science & Technology” akademik jurnalında dərc edilən araşdırmaya görə, dünyada ev təmizliyində istifadə edilən melamin köpük süngərləri hər ay trilyonlarla mikroplastikləri evlərə buraxır.

Hətta inadkar ləkələri belə asanlıqla çıxarmaq qabiliyyəti ilə tanınan bu süngərlər bunu unikal aşındırıcı xüsusiyyətləri ilə edir.

Lakin onların buraxdığı zəhərli maddələr insan sağlamlığına təsir edir.

07.07.2024 13:17
show 157