"Təmiz qadın axtarıram, 60-70 kq arası olsun" yazıb divarından asdı - VİDEO - FOTO
Türkiyənin Rizə bölgəsində 59 yaşlı kişi maraqlı tələblə gündəmə gəlib.Salih Aycibin adlı 9 uşaq atası
evinin divarından evlənmək istədiyini əks etdirən tablo asıb. O, ailə
quracağı qadınla bağlı bu tələbləri irəli sürüb: "Təmiz bir qadın
istəyirəm, imanlı olsun. Yaxşı olardı ki, çəkisi 60-70 kq olsun, uzağı
80 kq, 150 kiloqramlıq qadın mənə lazım deyil. Natəmiz olmasın. 60-70
yaşında qadını neyləyəcəm? 40-45 yaş arası gözəl xanım olsun. Özüm
sağlamam. Uşaq dünyaya gətirmək potensialı varsa, lap əla. Məqsədim
gözəl yuva qurmaqdır."
Həyat yoldaşını 1 il yarım
əvvəl avtomobil qəzasında itirən Salih əvvəlcə tanışların məsləhəti ilə
bir neçə namizəd tapsa da onları bəyənməyib, sonda istəyini əks etdirən
tablo hazırlamaq qərarına gəlib. Tablosunu görənlər bunu gülüşlə
qarşılayaraq sosial şəbəkələrdə paylaşıblar: "Paylaşım işə yaradı, daha
çox insan gördü. Indiyə kimi 100 qadın zəng edib əlaqə saxlayıb amma heç
biri uyğun gəlmir. " deyə o, sonda əlavə edib.
Həmin görüntüləri təqdim edirik:
(kanal.az)