648c622289f96202306232242
Təmirə aparılan paltaryuyan maşınından görün nə çıxdı - VİDEO

Türkiyədə paltaryuyan maşınının içindən çıxan ilan dərisi təmirçini qorxudub.

Təmir üçün sökülən paltaryuyan maşının yuxarı hissəsində təxminən 1,5 metr uzunluğunda ilan dərisi aşkar edilib. Gördüyü mənzərədən şoka düşən Sağlam, ilanın maşının içində ola biləcəyini düşünərək, ilanı axtarıb.

29 ildir ağ əşyaların təmiri ilə məşğul olduğunu bildirən Sağlam daha əvvəl belə bir şeylə qarşılaşmadığını bildirib. (manset.az)


16.06.2023 17:21
show 1391