Xalq artisti Rasim Balayev sərt açıqlamalar verib.
Qlobal.net milli.az-a istinadla xəbər verir ki, televiziyaların halından gileylənən aktyor efirə nümunəvi insanların çıxmalı olduğunu bildirib.
"Toy müğənniləri var ki, böyük sənətdən danışırlar. Sən, heç sənətin qapısı nədir, onu görməmisən. Kütlə toya çağırır, yarım saatına 5 min verir, elə bilir ki, sənətkardır. Halbuki, sənətdən xəbəri yoxdur.
Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kim poza bilməz. Bu barədə televiziya şurasının rəhbərlərinə də demişəm. TV-lər nə gəldi edirlər ki, reytinq qazansınlar".