"Televiziyalarımız bardan çıxmış müğənnilərin monopoliyasındadır"
Bloger Elçin Lənbəranski ölkədə fəaliyyət göstərən televiziya kanallarını sərt tənqid edib.
Qlobal.net blogerin fikirlərini təqdim edir:
"Tam ciddiyyətlə deyirəm. Araşdırıla da bilər. Bu gün, demək olar ki, efir aparıcıları ilə bozbaş müğənnilər, ən çox da meyxanaçılar bərk dostluq edirlər. "Əl əli yuyar, əl də qayıdıb üzü yuyar" prinsipini rəhbər tutan bu adamları nə xalq, nə də mənəvi dəyərlər düşündürmür.
Onları düşündürən puldur. Müğənnilər, meyxanaçılar aparıcılara toy verir, aparıcılar da hər vəchlə bunları efirə çıxarmağa çalışırlar.
TELERADİO ŞURASI da öz işini demək olar ki yerinə yetirmir və ya nəyinsə qarşılığında bu boyda hoqqalara göz yumur.
Ölkə TV-ləri beş on aktyorun, üç beş meyxanaçının ,səkkiz doqquz klubdan bardan çıxmış müğənnilərin monopoliyasındadır.
Aidiyyatı qurumlardan xaiş edirəm ,bunların qarşısını alın.
Dəyərlər sisteminin var-yoxunu ağladan çaqqal-çuqqal aparıcıları efirlərdən rədd edin. Yazığınız gəlsin bizə..."
Fidan
Qlobal.net