63eb8010ce4da202302233528
Tələbələrimizdən xəbər var – Valideynlər meyitlərin tanınması üçün çağırıldı

Malatyada azərbaycanlı tələbələrin yaşadığı binanın dağıntıları altında axtarışlar davam edir. 

Qlobal.net xəbər verir ki, artıq xilasedicilər tələbələrin yaşadığı mənzilə çatıblar. 

Dağıntılar altından yenidən meyitlər çıxarıldıqdan sonra tələbələrin valideynləri meyitlərin həmin tələbələrə aid olub-olmadığını dəqiqləşdirmək üçün əraziyə çağırılıb. Bu barədə AzTV-nin ərazidə olan müxbiri məlumat verib.

Bildirilib ki, meyitlərin azərbaycanlı tələbələrə aid olub-olmadığı hələ də dəqiqləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək. 

Onu da qeyd edək ki, dağıntılar altından tələbələrə aid "Qurani-Kərim” kitabı, Azərbaycan və Türkiyə bayraqları tapılıb. (azxəbər.com)

14.02.2023 16:34
show 1476