Misirdə universitet məzunu buraxılış imtahanlarının nəticələrini görərkən ürəyi dayanıb.
Gundem.az xəbər verir ki, bu barədə " Mirror” nəşri məlumat yayıb.
22 yaşlı gənc South Valley Universitetinin elm fakültəsinin tələbəsi olub və nəticələri eşitmək üçün çox həyəcanlanıb. Gənc zərfi açanda bütün sınaqlardan uğurla keçdiyini görərək ürəyi partlayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Həkimlər tələbəyə ürək tutması diaqnozu qoyub, o, elə həmin gün dünyasını dəyişib.
Gəncin meyiti ailə üzvlərinə təhvil verilib. Hazırda prokurorluq hadisənin təfərrüatlarını araşdırır.(unikal)