644a6390a8cf6202304235912
Tələbə bu avtomobildən 50 minlik saat oğurladı, oteldə əyləndi - Hava Limanında saxlanıldı
Bakıda çimərlikdə dostunun "Mercedes Benz S 63 AMG" markalı, AZ 10-BD-100 dövlət qeydiyyat nişanlı avtomobilindən 50 min manata yaxın qiyməti olan saatı oğurlayan şəxs Heydər Əliyev adına Hava Limanında saxlanılıb. 
Qaynarinfo-nun məlumatına görə, hadisə Nardaran yolu, dənizkənarı ərazidə yerləşən "Daçniklər çimərliyi" kimi tanınan ictimai çimərlik ərazisində baş verib. 

"Daçniklər çimərliyi"
Belə ki, 1 avqust 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinin qiyabi şöbəsinin 4-cü kurs tələbəsi Elvin Mətləbov (soyad-şərti) dostu Kənana məxsus avtomobildən 2 iyun 2022-ci il tarixdə dəyəri 47600 manat olan, İsveçrə istehsalı, orijinal "AUDEMARS PİGUET" markalı qol saatını oğurlayıb. 
27.04.2023 15:58
show 873