Təkərlərin qeyri-bərabər aşınması — səbəblər və qarşısının alınması

Avtomobil təkərlərinin düzgün vəziyyətdə saxlanması həm təhlükəsizlik, həm də yanacağa qənaət baxımından çox vacibdir. Lakin bir çox sürücülər təkərlərin qeyri-bərabər aşındığını yalnız ciddi problem yarandıqda fərq edirlər. Bu cür aşınma təkərlərin ömrünü azaldır, idarəetməni çətinləşdirir və qəza riskini artırır.
Təkərlərin qeyri-bərabər aşınmasının əsas səbəbləri
1. Təkər təzyiqinin düzgün olmaması
Əgər təkərdəki hava azdırsa, təkərin kənar hissələri daha çox yeyilir.
Hava çox olduqda isə orta hissə daha tez aşınır.
Bu, həmçinin yanacaq sərfiyyatını da artırır.
2. Düymə (razval) və bucaq (sxodka) sazlamasının pozulması
Təkərlərin bucaqları düzgün tənzimlənmədikdə, biri iç tərəfdən, digəri isə çöldən daha çox yeyilə bilər.
Bu, sükanın düz getməməsinə və avtomobilin bir tərəfə çəkilməsinə səbəb olur.
3. Amortizator və asqı sisteminin nasazlığı
Amortizatorlar köhnəldikdə və ya sıradan çıxdıqda, təkər yolla bərabər təmasda olmur.
Bu da təkərlərin bir hissəsində dalğavari və ya ləkəli aşınma yaradır.
4. Təkərlərin balanssız olması
Balans pozularsa, təkər hər fırlananda müəyyən nöqtəyə daha çox yük düşür.
Bu da qeyri-bərabər aşınmaya və vibrasiyaya səbəb olur.
5. Sürmə tərzi və yük paylanması
Aqressiv sürmə, tez sürətlənmə və kəskin əyləclər təkərlərin bərabər aşınmasına mane olur.
Daim eyni tərəfdə yük daşımaq da təkərlərin bir tərəfinin daha çox yeyilməsinə gətirib çıxarır.
Qarşısının alınması yolları
1. Təkər təzyiqini mütəmadi yoxlayın
Hər ayda bir dəfə və uzun səfərdən əvvəl təkərlərin havasını ölçün.
Təzyiqi istehsalçının tövsiyə etdiyi səviyyədə saxlayın.
Oxu: Maşında qəribə səslər gəlirsə, problem nədir?
Bu da faydalıdır: Avtomobilin sürəti qəfil azalarsa, nə etmək lazımdır?
2. Təkərlərin dönmə (rotasiya) qaydasına əməl edin
Hər 8–10 min kilometrdən bir təkərləri ön-arka və sağ-sol istiqamətlərdə dəyişin.
Bu, bərabər aşınmanı təmin edir.
3. Razval və sxodka sazlamasını yoxlatdırın
Hər 6 aydan bir və ya çala vurduqdan sonra bu sazlamaları servisə göstərmək vacibdir.
4. Amortizatorları və asqı hissələrini mütəmadi yoxlayın
Nasaz amortizatorlar yalnız təkəri deyil, həm də avtomobilin idarəetməsini zədələyir.
5. Sakit və diqqətli sürün
Kəskin manevrlərdən və qəfil əyləclərdən çəkinin.
Hər iki tərəfə bərabər yük paylayın.
Emin Əzimoğlu
Qlobal.net