“Təkcə qulaqlarım və göz bəbəklərim təbiidir” – FOTOLAR
“Təkcə qulaqlarım və göz bəbəklərim təbiidir” – FOTOLAR
Türkiyəli məşhur modelyer və dizayner Gülşah Saraçoğlu plastik əməliyyat etirafı ilə gündəm olub.
BAKU.WS xəbər verir ki, o açıqlaması zamanı simasında sadəcə qulaqlarını və göz bəbəklərinin təbii olduğunu bildirib:
![]()
“Təbii olan heç nəyi sevmirəm. Göz bəbklərim və qulaqlarımdan başqa heç bir yerim təbii deyil. Göz altına yeni dolğu etdirdim. Bu günə qədər simamda o qədər plastik əməliyyat etdirdim ki, qısaca özümə üz nəqli etdirdim deyə bilərəm.
![]()
Botokslarım da var. Mən plastik əməliyyatı sevirəm. Sinə əməliyyatı da etdirmişəm. Təbii olan nəyisə sevmirəm. Lakin bütün bu plastik əməliyyatlarımı da etiraf edə biləcək qədər təbii və səmimi qadınam…”.
![]()



