23.09.2021
15:54
106

Təhsil Nazirliyi universitetlərdə dərs saatı ilə bağlı təklif irəli sürüb

Loading...
Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlamasında deyib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır: "Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq”.

Loading...