Tehranda polislər 22 yaşlı Əminini belə öldürüblər - ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, Tehranda 22 yaşlı Məhsa Əmini polislər
tərəfindən öldürülüb. Sosial şəbəkədə Xameneyinin əlaltılarının
vəhşiliyi qeydə alınıb.
"IranWire" adlı xəbər saytı Məhsa Əmininin həbsdə olan saxlanılan
bacısı Kiaraşın ifadələrini dərc edib. Kiaraşın sözlərinə görə, bacısı
ilə magistral yolun kənarında olarkən əxlaq polisinin maşını onların
yanında dayanaraq Əminini saxlayıb. Ona bildiriblər ki, bacısı "bir
saatlıq maarifləndirilmə"dən sonra buraxılacaq.
Məhsa Əmininin ailəsi qızlarının sağlam olduğunu və onun qəfil ürək
probleminə səbəb ola biləcək heç bir xəstəliyinin olmadığını bildirib.
Qeyd edək ki, İranda bir neçə aydır ki, hicaba qarşı etirazları
keçirilir. Fəallar hicab taxmaqdan imtina edərək, ölkədə məcburi hicab
tələbinin ləğvini tələb edirlər.
Həmin görüntüləri sizə təqdim edirik: