65d47ac83efc5202402241120
Təhqir olunan qızın nənəsi: "Nəvəmi döyən şagird Firondur, onunla bacarmırlar" - VİDEO

"Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər".

Bu sözləri təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva Baku TV-yə bildirib.

O əlavə edib ki, hadisədən sonra nəvəm evə qayıdanda heç kimə heç nə deməyib: "Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və Firondurlar. Başlarına nə gəlir edirlər. Həmin qızının bibisi Qala məktəində direktor işləyib. Həmin qız çox Firondur, onunla bacarmırlar".

 
20.02.2024 14:10
1535