təcili
Təcili yardımın əməkdaşı avtomobilində öldürüldü - FOTO

Göyçay rayonunda qətl hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gecə saat 21:00 radələrində Göyçay rayonunun Potu kəndində qeydə alınıb. Rayon sakini 1985-ci il təvəllüdlü Eminov Asif İxtiyar oğluna şəxsi avtomobilində kəsici alətlə ağır xəsarətlər yetirilib. Zərbənin təsirindən Asif Eminov elə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 37 yaşlı Mənsimov Xəyal Alik oğlu könüllü olaraq polisə təslim olub. Asif Eminovun meyiti isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Hazırda faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Asif Eminov Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasında sürücü vəzifəsində işləyirdi.(Metbuat.az)

23.10.2024 11:40
show 194