04.06.2021
12:23
79

TƏCİLİ XƏBƏR! Razılaşmada Zəngəzur dəhlizi YOXDUR: 7 Kənd QAYTARILMAYACAQ?

Loading...

10 noyabr bəyanatında Mehri dəhlizi barəsində bir kəlmə də yoxdur. 7 kəndin Azərbaycana verilməsi məsələsi heç müzakirə olmayıb da. Onlar bizi qorxutmağa çalışırlar.

Oxu24.com xəbər verir ki, Azərbaycan tərəfi 10 noyabr bəyanatrına görə torpaqlarını tələb edir, Paşinyan da bunu yalanlayır. Nə baş verir? Doğrudanmı müqavilədə dəhliz məsələsi yoxdur, bəs 7 kənd? Saxta info saytı bu məsələni tam detallarıyla araşdırıb. Gizli qalan məqamlar belə üzə çıxıb.

Bizi kommunikasiya əlaqələrini açmaqla qorxutmağa çalışırlar, hansısa dəhlizlərdən danışırlar. Bəyanatda dəhliz barədə bir kəlmə yoxdur, Mehridən dəhliz təminatı ilə bağlı nə rəsmi, nə də qeyri-rəsmi müzakirə aparılıb.

Paşinyanın bu sözləri 10 noyabrdan bəri ağıllarda qalan bütün sualları alt üst edib. O, Mehri ərazisindən dəhlizin açılması və 7 kəndin Azərbaycana verilməsi məsələlərinin onun tərəfindən həmin vaxt qəbul edilmədiyini və sənəddə bu barədə məlumatın da əks olunmadığını deyib. Saxta.info saytı Paşinyanın iddialarının yalan olub-olmadığını belə üzə çıxarıb.  

Maraqlıdır ki, Nikol Paşinyan Zəngəzur dəhlizindən məsələsinə niyə indi yönəlir?. Görünür bu, yaxınlaşan seçkilər və seçiciləri cəlb etmək cəhdi ilə əlaqədardır. Axı, məlumdur ki, erməni cəmiyyəti üçtərəfli bəyanatın müvafiq bəndini narazılıqla qəbul edib. Paşinyan üçtərəfli bəyanat imzalandıqdan sonra fərqli danışırdı, indi isə bu bəndin varlığını indi inkar edir.  Amma Paşinyan Azərbaycandan Naxçıvana gedən yolun, eyni zamanda Naxçıvan üzərində İrəvan-Sünik (Zəngəzur) yolunun açılacağını deməklə, Zəngəzur dəhlizi məsələsinin gündəmdə olduğunu əvvəl etiraf edib. Bəs noyabrdan bu günə nə dəyişdi?

Qeyd edək ki, nəqliyyat kommunikasiyalarının açılacağı məsələsi əslində 10 noyabr tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Sənədin 9-cu maddəsi məhz bu məsələyə həsr edilib. Həmin mətni olduğu kimi təqdim edirik:

 “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Bəyanatda əksini tapan “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” fikrində nəyin nəzərdə tutulduğunu əlavə izah etməyə ehtiyac yoxdur.

Bundan əlavə  mart ayının sonunda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun üzvü olan Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Rusiyanın vasitəçiliyi ilə Ermənistan və  Azərbaycanın  sovet dövründə işləyən bütün rabitələrin blokdan çıxarılması imkanlarını müzakirə edir.   Qriqoryan həmçinin bildirib ki, işçi qrup ilk nəticələri mart ayının sonuna qədər təqdim etməli idi,  lakin əlavə ekspert işi aparılacağı üçün tarix  dəyişdirilib. O,  əsas müzakirələrin nəqliyyat və dəmir yollarının bərpası ilə bağlı olduğunu da deyib.

Qriqoryanın bu açıqlaması əslində Nikol Paşinyanın Mehri üzərindən dəhlizin gündəmdə olmaması barədə iddialarını təkzib edir. Şübhə yoxdur ki, işçi qrup məhz SSRİ dövründə bu ərazidə fəaliyyət göstərən və işğal illərində ermənilər tərəfindən dağıdılan Zəngəzur dəhlizinin bərpası məsələsi üzərində dayanıb. Məsələ burasındadır ki, 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycanın Zəngilan, Cəbrayıl və Füzuli bölgələrini ələ keçirən Ermənistan, dəmir yolunun keçdiyi Azərbaycan-İran sərhədinin 120 kilometri üzərində də nəzarət əldə etmişdi. Ermənilər  həm işğal altında olan ərazilərdə, həm də Mehridə rels və şpalları satıb, infarstrukturu tamamilə dağıdıb.

Yeri gəlmişkən,  Mehridən keçən dəhlizin 2001-ci ildə Paris və Ki-Uestdə keçirilən Qarabağ danışıqlarında  müzakirə mövzusu olduğu da məlumdur. Beləliklə, Zəngəzur dəhlizi ilə bağlı məsələnin münaqişədən sonrakı dövrdə nəqliyyat əlaqələrinin bərpası kontekstində qaldırılması tamamilə qanunauyğundur.  Bu səbəbdən də məsələnin gündəmdə olacağı əvvəldən heç kimdə şübhə yaratmayıb, üstəlik  bu məsələ üçtərəfli bəyanatda əks olunub. Elə xarici media və ekspertlər də ermənilərin Qarabağda  kompakt yaşamasına verilən razılıq  fonunda  Azərbaycanın Ermənistan ərazisindən keçərək Naxçıvana nəqliyyat dəhlizi əldə edəcəyini vurğulayıb.

Mənbə: BirBax kanalı


Loading...