26.03.2021
09:44
761

TƏCİLİ XƏBƏR! İstanbulda azərbaycanlı iş adamı özünü güllələdi

Loading...

Türkiyədə, İstanbulun Beşiktaş rayonunda qaldığı oteldə Azərbaycan əsilli 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq intihara cəhd edib.

“Haberturk” xəbər verir ki, hospitala yerləşdirilən iş adamının həyatı üçün təhlükə qalır.

Bildirilib ki, hadisə zamanı Əliyevin yanında olan 3 qadının ifadəsi alınıb. Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.

Loading...