6496bb2897825202306234512
Təcili: “Vaqner”lə rus ordusu arasında döyüş başladı - VİDEO

Hazırda Voronejdə "Vaqner" və Rusiya ordusu arasında şiddətli döyüşlər gedir.

Qlobal.net Axar.az-a istinadən bildirir ki, bununla bağlı "H+Media" Teleqram kanalı görüntü paylaşıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişinə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.


24.06.2023 13:44
show 436