6471b3c65e361202305233950

TƏCİLİ: Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU

Barəsində cinayət işi açılmış və istintaq aparılan “Anadolu Hospital”ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü həkim Sədərək Gömrük Keçid Məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olması bildirilib.

Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A. Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənib. Onunla yanaşı “Anadolu Hospital”ın direktor müavini Kərim Nadirov da dələduzluqda ittiham edilir. Hər iki şəxsin xəstəxanaya işə qəbul adı ilə şəxslərdən pul alıb vədlərinə əməl etməməsi bildirilir.

 

27.05.2023 11:39
show 4912