29.09.2021
20:28
2972

TƏCİLİ! İran ordusundan AZƏRBAYCANA TƏHDİD: “Bizi təhqir edən uşağın başına SIĞAL ÇƏKƏCƏYİK”

Loading...

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Əli Sərdar Fədavi Azərbaycan Prezidentinin İran ordusunun təlimləri ilə bağlı açıqlamasına reaksiya verib.

KAİM.az xəbər verir ki, İranın “Rokna” nəşrinə verdiyi müsahibədə kontr-admiral Fədavi Azərbaycanın reaksiyasını bir uşağın davranışı ilə müqayisə edib.

“Kiçik bir uşaq səni təhqir edib söyəndə, sadəcə uşağın başına sığal çəkirsən” deyə Fədavi qeyd edib.

Müxbirin təkrar sualla diqqəti son açıqlamaların üstünə gətirmək cəhdinə isə Fədavi “siz jurnalistlər bu cür məsələyə ilişib qalmayın, bu cür bəyanatlara fikir vermək lazım deyil. Bizim üçün bu məsələlər müqayisəyə gəlməyən şeylərdir”, deyə fikir bildirib.

Son günlər İran mətbuatında dövlət rəsmilərinin və mollabaşılarının belə sərsəm açıqlamaları isə Azərbaycan üçün də əhəmiyyət kəsb etməyən, dövlətçilik prinsiplərimizlə “müqayisəyə gəlməyən şeylərdir”.

Loading...