15.03.2021
11:55
549

TƏCİLİ! Azərbaycanda VƏZİFƏLİ ŞƏXSİN MEYİTİ TAPILDI

Loading...
Xaçmaz rayonunda bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Sfera.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Meyiti tapılan şəxsin məktəb direktoru olduğu müəyyənləşib.

APA-nın məlumatına görə, Alıcqışlaq kənd orta məktəbinin direktoru, 1976-cı il təvəllüdlü Hacıyeva Ülkər Vəliyyəddin qızının dəm qazından boğularaq dünyasını dəyişdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir. 
Loading...