kabinet
TƏCİLİ: Tarif Şurası QƏRAR VERDİ - Noyabrın 1-dən...

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib. 

Qlobal.net xəbər verir ki, bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib. 

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib. 

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.

26.10.2022 16:57
show 646