Rusiya vətəndaşı olan Pavel Kopilkov Gürcüstanın paytaxtı Tbilisidə gürcüləri təhqir edib.
Qlobal.net xəbər verir ki, onun Vladimir Putinin yaxın çevrəsindən olan rus oliqarx Aleksandr Kopilkovun oğlu olduğunu bildiriblər.
Faktla bağlı noyabrın 6-da polis əməkdaşları onu saxlayıblar. Məhkəmə onu xırda xuliqanlıq və polis əməkdaşına tabe olmamaq üçün cərimələyib, baxmayaraq ki, bu maddələr daha sərt cəza – inzibati həbs nəzərdə tutur. Gürcüstan müxalifəti rusiyalının ölkədən çıxarılmasını tələb edib.
Pavel “Netgazeti”ə müsahibə verərək, öz hərəkətinə görə üzr istəməyə çalışıb. O, ictimai çıxışının motivlərini aydın izah edə bilməyib.