65659c73c5f03202311235323
Tarkanla səhnədə görüşən xanım pərəstişkar GÖRÜN KİM İMİŞ - FOTO/VİDEO

Ötən həftə sonu Türkiyənin meqastarı Tarkan Tevetoğlu solo konsert proqramı ilə "Baku Crystal Hall"da çıxış edib. Dillərdə əzbər hitləri və özünəməxsus rəqsləri ilə tamaşaçıları coşduran sənətçinin yanına pərəstişkarlarından birinin səhnəyə çıxaraq onunla selfi çəkdirməsi maraq doğurub.

Tarkanla görüşən həmin xanım keçmiş "Kristal" qrupunun üzvlərindən biri olan müğənni Lalə imiş.

Türk vətəndaşı Nurkanla ailəli olan və səhnədən uzaqlaşan Lalə bir neçə il əvvəl əri ilə birlikdə ATV kanalında aparıcılıq da edib. Lakin sonradan o, bu sahədən də ayrılaraq hazırda "influencer" kimi sosial şəbəkədə fəaliyyət göstərir.

Tarkanla səhnədə görüşünün görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Lalə xəyalının gerçək olduğunu yazıb.

Tarkanla səhnədə görüşən xanım pərəstişkar GÖRÜN KİM İMİŞ - FOTO/VİDEO

(big.az)

28.11.2023 11:51
show 700