Tarixi oyunda zəfər qoluna imza atan 19 yaşlı Nəriman Axundzadə kimdir?
Xəbər verdiyimiz kimi, “Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.
Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək bunu reallaşdırıb.
Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.
Beləliklə, “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək. Tarixi oyunda həlledici qola imza atan 19 yaşlı Nəriman Axundzadə kimdir? Qlobal.net Qlobal.net Nəriman Axundzadə haqda məlumatı təqdim edir:
Əslən Lənkərandan olan Nəriman Axundzadə 23 aprel 2004-cü il Bakıda anadan olub. Lənkəranın tanınmış ustası olan usta Nəriman və hərbi polis mayoru Tofiq Mustafayevin nəvəsidir. Axundovlar ailəsinin son beşiyi olan Nərimanın futbol karyerası “Xəzər-Lənkəran” klubundan başlayıb.