11.02.2021
15:57
0

Tarixçi-alim Dilavər Əzimlinin sağlamlıq durumu tələbələrin narahatçılığına səbəb olub - MÜRACİƏT

Loading...




Tarixçi-alim Dilavər Əzimli uzun müddətdir ki, xəstəxanda koronavirus (COVİD 19) diaqnozu ilə müalicə olunur. Yanvar ayının əvvəlindən xəstəxanaya yerləşdirilən Dilavər müəllim səhhətinin pisləşməsi səbəbindən EKMO aparatına qoşulmuşdur. Son vaxtlar mətbuatda yayılan məlumatından bəlli olur ki, tarixçi-alimin səhhətində ciddi bir irəliləyiş yoxdur. 



Milli ideologiyanın daşıyıcılarından biri olaraq və elm-təhsil fəaliyyətində xüsusi vətənpərvərlik baxışları ilə seçilən Dilavər müəllimin səhhətinin qənaətbəxş olmaması hamını, xüsusilə dərs dediyi tələbələrini narahat etməkdədir.  



Qeyd edək ki, fəaliyyət göstərdiyi dövr ərzində tarixçi – alim Dilavər Əzimli öz tələblərinə, Azərbaycan gəncliyinə vətənpərvərlik ruhunu aşılamaqla yanaşı, Azərbaycanın gələcəyi üçün milli şüura malik gəncliyin yetişməsində əvəzsiz rol oynamışdır. Biz tələbələr üçün Dilavər müəllimin səhhətinin düzəlməsi, tam şəkildə sağalıb öz elm-təhsil fəaliyyətini  davam etdirməsi olduqca vacib məsələdir.



Tarixçi-alim, dəyərli müəllimimiz Dilavər Əzimlinin bu narahatçılıq doğuran vəziyyətinin gəncləri, Dilavər müəllimin tələbələrini  narahat etməsini nəzərə alaraq, müalicə olunduğu xəstəxananın həkim heyəti və tibbi personalından əllərindən gələni əsirgəməməyi xahiş edirik. 



Azərbaycan gəncliyinin nümayəndələri və Dilavər Əzimlinin tələbələri olaraq, mövcud tibbi şəraitdə ağır şərtlər altnda işləyən, fədakarlıq göstərən həkimlərimizə güvənir, tələbələrin sevimlisi əziz Dilavər müəllimin sağlamlığına qovuşmasını arzu edirik.


Müraciəti aşağıdakı tələblər imzalayıb:


Anar Qarayev 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Miribrahim Cabbarov 

Azərbaycan Universiteti Humanitar Fənlər Fakültəsinin  3-cü kurs tələbəsi


İntiqam Səadətov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Bahar Rzayeva 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Əfsun Günəşli 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Əli Məmmədli 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 3-cü kurs tələbəsi


Elbəy İmanov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 3-cü kurs tələbəsi


Bilal Yəhyayev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Ramiz Abışlı 

Bakı Dövlət Universiteti Kimya Fakültəsinin məzunu, İstanbul Universitetinin Cərrahpaşa, mühəndislik Fakültəsinin magistrantı


Murad Baxşıyev

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Səkinə Həsənova

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


İsmayıl Osmanov

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Yasəmən Sədiyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Ümid Əliyev 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 4-cü kurs tələbəsi


Məhəmməd Hüseynov 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Firudin Əbilhəsənli 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi


Anar Can KITAY 

İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Tarix Bölməsi 4-cü kurs tələbəsi. 


İntiqam Qurbanlı 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tarix və Coğrafiya Fakültəsinin 2-ci kurs tələbəsi

Loading...