Tarif Şurasından gediş haqqı ilə bağlı VACİB AÇIQLAMA
Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat
şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması,
nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə tarif
(qiymət) siyasətinə yenidən baxılması barədə müraciət ediblər.
Bu barədə Tarif Şurasından bildirilib.
Məlumata görə, müraciətdə göstərilən məsələrlə bağlı optimal qərarın
verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq,
Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə
bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət
səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu
sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin
nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan
məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər
hazırlanması tapşırılıb.
Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.