64c7c452083f1202307232522

Tarif Şurası qərar qəbul etdi: Azərbaycanda bu xidmətlər UCUZLAŞDI

Tarif (Qiymət) Şurası daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Qlobal.net bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, qərarla Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri təsdiq edilib.
Əvəzində Şuranın "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 4 yanvar 2021-ci il tarixli qərarı ləğv edilib.
Bu qərar avqustun 14-dən qüvvəyə minir.

31.07.2023 18:22
show 711