"Tapşırıb ki, bir qadın molla tapsınlar" - Aygün Bəylərlə bağlı sirri açdı
"O, ömrünün son 6 ilini prodüseri Ramin bəylə işləyib. Onun bütün
işlərini Ramin görüb. O bir sirr açdı, Maştağada Aygün Bəylər üçün bir
otaq ayırmışdılar. Bu haqda heç kim bilmirdi. Aygün orada öz musiqi
alətlərini saxlayırmış".Bu sözləri
"Elgizlə izlə" verilişində aktyor Qorxmaz Əlili deyib. O bildirib ki,
Aygün Bəylər “Mehribaniyyə” oratoriyasını o otaqda yazıb: "Amma
görüb ki, sonu alınmır, bir insandan xahiş edib ki, Quranı öyrənmək
üçün qadın molla tapsın. Fikirləşib ki, Allah vergi veribsə, nəsə
çatmır, Allahın yanında günahkardır və bu oratoriyanı bitirə bilmir,
zaman da getmir. Molla ona 3-4 aya Quranı öyrədib. Ərəb dilini
öyrənəndən sonra qayıdır həmin otağa və “Mehribaniyyə”ni yazıb.
Aktyor bildirib ki, Aygün Bəylər xəstəxanada prodüseri Raminin qucağında vəfat edib. (referans.az)