67bde0394b2ad202502252233

Tank altında qalsa da, söz altda qalmayan bürclər - SİYAHI

Bəzi bürclər var ki, nə qədər çətin vəziyyətə düşsələr də, söz altında qalmazlar və həmişə öz haqlarını müdafiə edərlər. Onlar öz fikirlərini ifadə etməkdən çəkinməz və ən çətin debatlarda belə üstün gəlməyə çalışarlar.

Qlobal.net həmin bürclər haqqında araşdırma edib.

Qoç bürcü lider ruhludur və heç vaxt geri çəkilməz. Əgər ona qarşı haqsızlıq edildiyini hiss edərsə, dərhal reaksiya verəcək və qarşı tərəfi öz arqumentləri ilə susduracaq. Sərt və cəsarətli danışığı ilə heç kimə boyun əyməz.

Əkizlər çox danışmağı və debat etməyi sevirlər. Onlar hazırcavab olduqları üçün heç vaxt söz altında qalmazlar. Mübahisə edərkən sürətli düşüncələri və dərin bilikləri ilə qarşı tərəfi məğlub edə bilərlər.

Şirlər özlərini müdafiə etməkdə ustadırlar. Onlar sözün gücünə inanırlar və bir mübahisədə qalib gəlmək üçün əllərindən gələni edərlər. Eqoist görünə bilərlər, amma əsas məqsədləri öz mövqelərini qorumaqdır.

Əqrəblər iti zəkaları və sərt dilləri ilə tanınırlar. Onlarla mübahisə etmək çətindir, çünki həm məntiqli, həm də emosional təzyiq göstərməyi bacarırlar. Əgər kimsə onlara qarşı söz atarsa, misli ilə cavab alacaq.

Oğlaqlar sakit və soyuqqanlı görünə bilərlər, amma bu, onların söz altında qalacağı anlamına gəlmir. Əksinə, onlar sərt və dəqiq arqumentlərlə qarşı tərəfi susdura bilərlər. Əgər bir müzakirədə Oğlaqla üz-üzə gəlsəniz, yaxşı hazırlaşmalısınız.


25.02.2025 19:20
show 341