Ötən gün şəhid qardaşı Səbuhi Əhmədovun yaydığı təkzib videosundan sonra sosial şəbəkələrdə yeni trend paylaşılır.
Qlobal.net xəbər verir ki, şəhid qardaşının məlum çıxışından sonra bir sıra tanınmış şəxs Azərbaycan xalqından və şəhid qardaşından üzr istəməyə başlayıb.
Trendi tanınmış şair Cəlil Cavanşir başladıb, ardınca tanınmış müğənni Nura Suri və digər şəxslər də buna qoşulub.
Həmçinin sosial şəbəkələrdə də müxtəlif həştəqlərlə şəhid qardaşından üzr istənilməyə başlanılıb.
Xatırladaq ki, bir neçə gün öncə erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət alındığını bildirmişdi.
Bundan sonra isə Müdafiə Nazirliyi şəhid qardaşını nazirliyə dəvət edərək, araşdırma başladıldığını açıqlamışdı.
Ötən gün başladılan “araşdırma” bir neçə saat sonra şəhid qardaşının çəkilib yayılan videosu ilə sonlandırılıb. Belə ki, şəhid qardaşı mövzunun davam etdirilməməsi ilə bağlı müraicət edib. (yenipress.az)