Tanınmış xanəndə ürəyindən əməliyyat olunacaq - Maddi köməyə ehtiyacı var
Uzun zamandır sağlamlığında yaranan ciddi problemlərə görə sənətdən uzaq düşən müğənni Mirkamil Kamilovun təcili ürək əməliyyatı olunacağı bildirilib.Bu haqda müğənninin sənət dostu, xanəndə Eldəniz Məmmədov sosial şəbəkədə məlumat verib.
Mirkamilin maddi köməyə ehtiyacı olduğunu bildirən xanəndə, yardım üçün izləyicilərinə müraciət edib.
Qlobal.net xəbər verir ki, bundan öncə xanəndə İranda ürəyindən bir dəfə əməliyyat olunub.