6437f087e8462202304230735

Tanınmış vəkildən ŞOK AÇIQLAMA: "Siqaret çəkən qadın iyrənc məxluqdur..."

"Başqasının yanında siqaret çəkmək tərbiyyəsizlikdir”. 

Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov ictimai yerdə, ofislərdə siqaret çəkənlərlə bağlı cəza tədbirlərindən danışarkən deyib. 

Vəkilin sözlərinə görə, ictimai yerdə siqaret çəkmək insanları bilərəkdən zəhərləməkdir: "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun var, 2017-ci ilin dekabr ayında qəbul edilib. Həmin qanunun 10-cu maddəsində tütün məmulatlarının, tüstüsünün çəkilməsinin qadağan edildiyi yerlərin siyahısı var və İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsi ilə tənzimlənir. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanununda bu məhdudiyyətlər olan yerlərə dair cərimə 30 manat nəzərdə tutulur. Həmin məcəllədə başqa maddələr də var. Hava gəmisi, dəniz və dəmir yol nəqliyyatında cərimə 30 manatdan çoxdur. Praktikada bilmirəm buna görə kimisə cəzalandırıblar ya yox”. 

Əkrəm Həsənov hesab edir ki, bu inzibati məsuliyyət  və tənbehdir: "Hesab edirəm ki, buna görə 30 manat cəza azdır. Az olduğuna görə dəhər yerdə siqaret çəkirlər. Taksidə, maşınlarda, ofislərdə, iş otaqlarında, yolda və s. Kim harda istədi orada siqaret çəkir. Bilmir ki, yanında qadın var, ya yox”.  

Əkrəm Həsənov təklif edib ki, ictimai yerdə siqaret çəkənlərin cəzası artırılmalıdır:

"Bu cərimə 30 manat deyil, 300 manat olmalıdır, küçədə isə siqaret çəkənlər 50 deyil, 500 manat çərimə olunmalıdır. Küçədə hara baxsan siqaret kötüyüdür”.  

Əkrəm Həsənov qeyd edib ki, bu məsələ orta məktəbdən təbliğ olunmalıdır: "Bununla bağlı təbliğat yoxdur. Xüsusən də qadınlar dəhşətdir. Ümumiyyətlə, kişilər bir yana, siqaret çəkən qadın görəndə təcüblənirəm. Siqaret çəkən qadını necə sevmək olar? O nə qədər gözəl və ağıllı olsa da, mənim üçün iyrənc məxluqdur”. 

13.04.2023 16:06
show 635