63dbaa829e43d202302232018
Tanınmış teleaparıcı hava limanında SAXLANILDI - FOTO

Türkiyəli məşhur teleaparıcı Metin Uca İstanbul Hava limanında saxlanılıb. 

Qlobal.net xəbər verir ki, teleaparıcı Ankaraya getmək üçün İstanbul Hava limanına gəlib. 

Bilet və şəxsiyyət vəsiqəsi yoxlamaları zamanı Metin Uca barəsində axtarış qərarı olduğu müəyyən edilib. Metin Uca polis tərəfindən saxlanılıb.

 Onun müvafiq prosedurlardan sonra ədliyyə orqanlarına təhvil veriləcəyi bildirilir. 

Qeyd edək ki, onun hansı səbəbdən axtarışda olduğu hələlik məlum deyil. 

 

Lent.az 

02.02.2023 16:19
show 7491