6583049946402202312231329
Tanınmış seysmoloqdan XƏBƏRDARLIQ: "Bu rayon köçürülməlidir, sağ qalma şansı yoxdur"

Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.

Qlobal.net musavat.com-a istinadən bildirir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursansanın Gemlik mahalı mütləq köçürülməlidir: "Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu Fayının Cənub fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Heç bir şans yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir: "Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".

20.12.2023 19:12
show 1281