Tanınmış şairin ailəsində QALMAQAL:

Tanınmış şairin ailəsində QALMAQAL: Özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən

Mərhum şair Nüsrət Kəsəmənlinin aktyor oğlu Rəşad Kəsəmənli ilə nəvəsi Cavidan Kəsəmənlinin münasibətləri pisləşib.

Qlobal.net xəbər verir ki, bu, onların sosial şəbəkə paylaşımlarında üzə çıxıb. 

Belə ki, R.Kəsəmənli  feysbukda yazdığı “İşiniz keçdiyi müddətdə “əmi” dediklərinizə, quyruğunuz qapı arasından çıxandan sonra “tanımıram səni” deməyin! O qapıya bir də işiniz düşər, haqqını halal etməz!” sözlərinə Cavidan belə cavab verib:

“Özünü “əmi” sayan və bunu indi xatırlayan biri istehza ilə paylaşım edib, düzgünlükdən, halallıqdan danışır. Hər dəfə olduğu kimi, öz publikasına oynamağa çalışır. Sənin heç vaxt üstümdə haqqın olmayıb. Sadəcə, elə göstərməyə çalışmısan. Sən, ümumiyyətlə, özündən başqa heç kimi düşünəcək xarakterdə deyilsən. Kimlərisə inandıra bilərsən, amma səni çox yaxından tanıyanları əsla. Yad məsələlərə körpəni qarışdıran, özəl günlərdə özünü xəbərsiz aparıb ögey münasibət göstərən, tək qalmağıma səbəb olan biri olaraq, bunu hiss etdirməmək əvəzinə heç nə ilə maraqlanmayan biri, məndən hansı üzlə “sənin doğmanam” deyə bilər? Vallah, danışsam, çox şey deyərəm, inan, açıqlamasını verə bilməyəcəksən. 

Əgər açıq danışaq deyirsənsə, mən hazıram. Hər şeyi açıq paylaşaq. Kartları açıq oynasaq, sənə heç sərf eləməz, bilirsən. Mənə maraqlı deyilsən, bəli, səni tanımıram. Necə ki, sən özün tək qoyub məni tanımadın”.(Axşam.az)

27.03.2025 08:26
show 748