64cf8d1972bf3202308230753
Tanınmış şairənin ailəsində FACİƏ: nəvəsi öldü, oğlu ağır xəsarət aldı

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

Hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, qəzada ağır xəsarət alan Ayaz Qasımov şairə Çığatelin oğlu, həyatının itirən azyaşlı isə nəvəsidir. (apa)

***

Salyan rayonunda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Hundai” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan bir nəfər ölüb.

2018-ci il təvəllüdlü Ağakərim Həsənli Təbriz oğlu, 2014-cü il təvəllüdlü İsmayıl Həsənli Təbriz oğlu, 1960-cı il təvəllüdlü Nəzakət Həsənova Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Cığatel Qasımova Ayaz qızı, 2022-ci il təvəllüdlü Zəhra Həsənli Təbriz qızı, 1996-cı il təvəllüdlü Fatma Həsənova Ceyhun qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda iki minik avtomobili toqquşub.

Hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır. (apa)

 

06.08.2023 16:07
show 4506