Tanınmış psixoloq Samirə Bağırova mayın 1-dən yeni işə başlayacaq.
Qlobal.net xəbər verir ki, psixoloq 103.3 FM dalğasında yayımlanan "Araz" radiosunda aparıcılıq edəcək.
S.Bağırova “Ayıq-sayıq” adlı yeni verilişi təqdim edəcək.
“Mayın 1-dən etibarən, "Araz" radiosunda yeni layihə olacaq. Mənim aparıcılıq etdiyim veriliş yayımlanacaq. Hər gün səhər 10:00-dan 11:00-a kimi veriliş davam edəcək. Verilişdə müxtəlif – həm sosial, həm psixoloji, həm tibbi mövzulara toxunulacaq. Kim sponsor olmaq və ya verilişdə qonaq olmaq istəyirsə, mənə müraciət edə bilər. Ayıq-sayıq olun, gəlirəm!”
(yenisabah.az)