Ötən gün baş tutan Qalatasaray-Beşiktaş matçından sonra stadionda qalmaqal yaşanıb.
Qlobal.net Milli.Az-a istinadən xəbər verir ki, "Beşiktaş" klubunun prezidenti Həsən Aratın mühafizəçisi Sezgin Gülnar "A Spor" müxbiri Emre Kaplana hücum edib.
Sezgin Gülnar müxbirin burnunu qırıb.
Hadisədən sonra Həsən Aratın mühafizəçisi saxlanılıb.
Emre Kaplan isə təcili yardımla xəstəxanaya aparılıb.