67a1af5068e01202502251024

Tanınmış musiqiçi barda döyüldü - ANBAAN VİDEO

Rusiyada "Bolşoy Teatr"ın skripkaçısı Rüstəm Səleymanov rep oxumamağı xahiş etdiyi üçün karaoke barda döyülüb.

Qlobal.net bildirir ki, hər şey fevralın 2-də Kiyevski dəmir yolu vağzalı ərazisindəki barda baş verib. Rüstəm Səleymanov bir qrup dostu ilə ayrıca kabinetdə dincəlirdi, lakin bu formatda belə o, istirahət edənlərin pis musiqi zövqünü bağışlaya bilməyib. Qonşu otaqdan gələn musiqi skripkaçının narazılığına səbəb olub. Rüstəm qəzəblə onların otağına girib. Dava başlayıb. Skripkaçı möhkəm döyülüb. Əraziyə polis cəlb olunub, araşdırma aparılır.

Bu da hadisənin videosu:




Murad
Qlobal.net
04.02.2025 10:10
show 305