
Müğənni Mina Hüseynin görüntüsü müzakirələr yaradıb.
Qlobal.net xəbər verir ki, istirahət məkanlarının birində səhnə alan ifaçının geyim tərzi və rəqsi diqqətdən yayınmayıb.
Sənətçinin qısa ətəyinin üzərini torla qapaması onun tənqidlərdən yan qaçıra bilməyib.
Sosial şəbəkə istifadəçiləri Minanın ailəvi istirahət məkanında belə tərzdə transparan geyim seçimini və rəqsini uyğunsuz hesab edərək, müğənnini tənqid atəşinə tutublar.
Sözügedən videogörüntünü təqdim edirik: